Vaxt çatıb: "Qaradağlı faciəsinin cinayətkarları cəzalandırılmalıdır"

Qaradağlı faciəsi, Xocalı ilə paralel olaraq, Azərbaycan xalqının yaşadığı ən dəhşətli və faciəvi hadisələrdən biridir. Bu faciə, bir çox insanın həyatını itirməsinə, əhaliyə qarşı törədilən vəhşiliklərə və əsirlikdə yaşanan dəhşətlərə səbəb olub. Qaradağlıda baş verənlər, dünyaya çatdırılmalı və ermənilərin törətdikləri cinayətlər ortaya qoyulmalıdır.
Azad Vətəndaş Partiyasının sədri Akif Nağı sözügedən hadisə ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Qaradağlı faciəsinin miqyası və törədilən cinayətlər çox ciddidir. Qaradağlı faciəsi Xocalıdan geri qalmır və ermənilər tərəfindən törədilən vəhşiliklər haqqında dünyaya gerçəkləri çatdırmalıyıq."
O, əlavə edib ki, Qaradağlı cəmiyyəti və faciənin şahidləri bu məsələyə daim diqqət yetirir və həsrətini çəkən insanları heç vaxt unutmayacaqlar: "Bizim məqsədimiz, ermənilərin yalanlarına qarşı haqqı ortaya qoymaq və onların törətdikləri cinayətlərə beynəlxalq səviyyədə ədalət tələb etməkdir,".
O, həmçinin, Qaradağlı faciəsinin dünya gündəmində yer alması və bu məsələnin daha geniş ictimaiyyətə çatdırılması üçün beynəlxalq qurumlara müraciət etməyin vacib olduğunu vurğulayıb: "Cinayətkarlar cəzalandırılmalıdır və ermənilərin vəhşi siması bir daha bütün dünyaya göstərilməlidir".
Samirə Şərif
15:59 17.02.2025
Oxunuş sayı: 6298