Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 5 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
09:56 15.02.2025
Oxunuş sayı: 4175