STM-in 6 yaşı tamam olur

İctimai rəy bu gün bütün dünyada mühüm rol oynayır. Bu, Azərbaycan üçün də istisna deyil. Ölkədə ictimai rəyin formalaşdırılmasında media ilə yanaşı, müxtəlif institutlar da mühüm rol oynayır. Belə qurumlardan biri də Sosial Tədqiqatlar Mərkəzidir (STM). STM artıq aldı ildir ki, ən mühüm məsələlərlə bağlı operativ və obyektiv sorğular keçirir, vacib tədbirlərə ev sahibliyi, maraqlı təşəbbüslərlə çıxış edir. Bu baxımdan STM əməkdaşlarını jurnalistlərin yaxın dostu da hesab etmək olar.
Ölkədə ictimai rəyin öyrənilməsi və analitik araşdırmalar sahəsində mühüm rol oynayan STM fəaliyyətinin altıncı ilini tamamlayır. Bu illər ərzində mərkəz elmi yanaşma və obyektiv təhlilləri ilə cəmiyyətin vacib məsələlərinə işıq tutub, dövlət siyasətinə dəstək olub.
Fevralın 8- də STM-in yaradılmasının altı ili tamam olur. Crossmedia.az olaraq STM əməkdaşlarını təbrik edir, onlara uğurlar arzulayırıq.
Gültac Mehdizadə
12:10 07.02.2025
Oxunuş sayı: 3567