Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 7 tüfəng, 5 patron darağı və 86 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
11:46 06.02.2025
Oxunuş sayı: 2411