DİN: Rusiya ilə sərhəddə blok-post qoyulmasına ehtiyac yoxdur
“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonların ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.
"Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır", - məlumatda deyilir.
Qeyd edək ki, internet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.
20:33 03.02.2025
Oxunuş sayı: 558