Xaçmaz sakini qohumunu bıçaqlayıb, onun həyat yoldaşını isə avtomobillə vurub
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Qaraçı kəndində qeydə alınıb.
Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb, daha sonra onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü S.Məmmədovanı isə avtomobillə vurub.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
23:52 01.02.2025
Oxunuş sayı: 3148