İmişlidə qəza: yaralanan var

- İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
- Crossmedia.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb.
- Yaralı təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
- Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
09:58 01.02.2025
Oxunuş sayı: 2157