Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
- Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
- Crossmedia.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
- Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
- 1. Quliyev Şamiq Əfqan oğlu (1959);
- 2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
- 3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
- 4. Məmmədli Murad Vidadi oğlu (2018);
- 5. Quliyev Natiq Namiq oğlu (2018),
- 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
- 1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
- 2. Quliyeva Aysun Namiq qızı (2015).
- Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
14:58 31.01.2025
Oxunuş sayı: 493