İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı
- Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.
- Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
- Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.
- Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
12:50 31.01.2025
Oxunuş sayı: 488