Azərbaycanda zəlzələ oldu
- İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb
- Crossmedia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.
- Mərkəzin məlumatına əsasən, yerli vaxtla saat 05:18-də İsmayıllı seysmik stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
- Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş vermişdi.
07:20 31.01.2025
Oxunuş sayı: 352