CROSSMEDIA - Axtarışda olan 57 nəfər saxlanılıb
Hadisə

Axtarışda olan 57 nəfər saxlanılıb

  • Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

  • Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

  • Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

10:48 30.01.2025

Oxunuş sayı: 1739

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR