Naxçıvanda 60 yaşlı kişi həmkəndlisini qətlə yetirdi

- Yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
- Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məlumat yayıb.
- Bildirilir ki, araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
- Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.
- İbtidai istintaq davam edir.
15:48 29.01.2025
Oxunuş sayı: 3825