Qəsdən adam öldürməkdə şübhəli şəxs tutulub

- Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
- Crossmedia.az Sumqayıt şəhər prokurorluğuna istinadən xəbər verir ki, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
- Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
- Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
- İbtidai istintaq davam edir.
11:15 29.01.2025
Oxunuş sayı: 3759