Azneft dairəsində avtomobil yanğını: nəqliyyatda sıxlıq yaranıb

Səbail rayonu, Neftçilər prospekti, "Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib.
Crossmedia.az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən xəbər verir.Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
20:36 27.01.2025
Oxunuş sayı: 4031