CROSSMEDIA - "Apple" seosu Tim Kuk "Severance" serialında
Texnologiya

"Apple" seosu Tim Kuk "Severance" serialında

"Apple"ın seosu Tim Kuk məşhur seriala xüsusi olaraq hazırlanan yeni tanıtım videosu üçün kamera qarşısına keçib.

Crossmedia.az xəbər verir ki, tanıtım videosu serialın prodüserlərindən biri olan Ben Stiller tərəfindən sosial mediada paylaşılıb. Prodüser Stiller videonu paylaşarkən “Yeni ofis axtarışına kömək edirdim...” deyə qeyd edib. 

Tim Kuk "Apple TV+" platformasının elmi-fantastik triller serialı "Severance" üçün yeni tanıtım videosunda rol alıb. Reklam serialın ikinci mövsümü ilə bağlı idi. Həmçinin reklamda "Lumon Industries" konseptindən də bəhs edilir.

Tim Kukun iştirak etdiyi tanıtım videosu, seonun xarici şəxsiyyəti ilə "Lumon"dakı "işgüzar şəxsiyyəti" arasındakı keçidləri əks etdirir. Videoda Kuk xüsusi dəhlizlərdən keçərək Milçik obrazına çatır və ikinci sezonun artıq efirdə olduğunu göstərən bir səhnə ilə bitir.

Qeyd edək ki, serial işdən çıxma, iş və şəxsi həyat ayrı-seçkiliyinə sərt şəkildə toxunan mövzusu ilə diqqət çəkir.

Tərlan Əmrahova

12:41 26.01.2025

Oxunuş sayı: 3089

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR