Qohumunun evindən oğurluq edən şəxs saxlanıldı

Goranboyda qohumumun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbəsindəki yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 800 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı P. Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
11:49 24.01.2025
Oxunuş sayı: 4757