Hadisə

"Vətən uğrunda ölməklə yanaşı, vətən uğrunda yaşamalıyıq"

İsveçdə fəaliyyət göstərən "Qobustan" Aydınlar Ocağının təşkilatçılığı ilə "Qanlı 20 Yanvar" adlı onlayn konfrans keçirildi. Konfransda İsveçdən, Kanadadan, Almaniyadan, Rusiyadan, İrandan, Azərbaycandan və digər ölkələrdən tanınmış ziyalılar, ictimai xadimlər  iştirak edib, fikir mübadiləsi apardılar.

Konfransın moderatoru Dr. Sadət Kərimi giriş nitqindən sonra sözü tədbirin məruzəçisi olan, Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıla verdi. 

Prof.Dr. Toğrul İsmayıl öz nitqində bir çox tarixi faktlara toxunaraq, 20 Yanvar barəsində az bilinən məlumatlardan söhbət açdı. Nitqinin sonunda qeyd etdi ki, Vətən uğrunda ölməklə yanaşı, vətən uğrunda yaşamğı da öyrənməliyik.

Tədbirin gedişində 20 Yanvar şəhidinin bacısı və canlı şahidi Məleykə Muradova da çıxış edərək həmin gün baş verənlərdən söhbət açdı.

Konfransın davamında professor Qulu Məhərrəmli çıxış etdi. Professor mediada 20 Yanvar soyqırımının işıqlandırılmasına diqqət çəkdi.

Konfransda publisist Abdulla Əmir Haşimi, rejissor Rahim Sadıqbəyli, yazıçı Eluca Atalı, siyasətçi Dilarə Ələkbərova olmaqla çoxsaylı ziyalılar çıxış etdilər.

Banuçiçək Kalbalıyeva

19:01 19.01.2025

Oxunuş sayı: 4317

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR