Hadisə

Türk alim Babəkin edam yerini axtarır

Türkiyənin məşhur ilahiyyatçı alimi, professor, doktor Mehmet Əzimli hazırda İraqın Samirə şəhərində Xürrəmilər hərəkatının lideri, Azərbaycan qəhrəmanı Babəkin son günləri ilə bağlı elmi araşdırmalar aparır. Bu barədə Mehmet Əzimli məlumat verib.

"Bəli, Samirə şəhərində Babəkin edamı ilə bağlı araşdırmalar aparıram. Babəkin edam olunduğu yeri, eyni zamanda başsız bədəninin asıldığı, sonradan "Kəniseyi-Babək" kimi məşhurlaşmış, hazırda isə unudulmuş ərazini müəyyənləşdirməyə çalışıram. Əgər "Kəniseyi-Babək" adlanmış ərazi təsbit olunarsa, arxeoloji qazıntılarla Babəkin sümüklərini üzə çıxarmaq, DNT testlərindən keçirmək də mümkün ola bilər", - deyə alim bildirib. (AzNews.az)

01:18 19.01.2025

Oxunuş sayı: 3145

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR