Prokuror tiktokerə ağır cəza istədi
Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Zeynəb ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Proses 23 yanvar tarixinədək təxirə salınıb. (apa)
19:30 17.01.2025
Oxunuş sayı: 2204