100 min tələbə Monreal küçələrində: Təhsil sisteminə etiraz
Kanadanın Monreal şəhərində təxminən 100 min tələbə təhsil sisteminə qarşı etiraz aksiyasına çıxıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Aksiya iştirakçıları Kvebek əyalətində təhsil sisteminin dağıdılmasına qarşı çıxdıqlarını bildiriblər. Onlar ali təhsilə çıxış imkanlarının sadələşdirilməsini və universitetlərdə təhsil almaq üçün daha əlçatan şərait yaradılmasını tələb ediblər.
Etirazçılar hesab edirlər ki, mövcud siyasət təhsil sisteminin vəziyyətini pisləşdirir və ali təhsil almaq imkanlarını məhdudlaşdırır.
17:48 14.11.2026
Oxunuş sayı: 140