Argentina Prezidentinin reytinqi aşağı düşüb
Argentinada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində dövlət başçısı Xavyer Mileiyə (Javier Milei) ictimai dəstək azalıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Sorğunun nəticələrinə əsasən, Milei haqqında mənfi fikirdə olanların payı əvvəlki 59 faizdən 62 faizə yüksəlib.
Prezidentə müsbət münasibət bəsləyənlərin göstəricisi isə 38 faizdən 36 faizə enib.
Araşdırmada işsizliyin seçiciləri narahat edən əsas məsələlərdən birinə çevrildiyi bildirilir.
Məlumata görə, Mileiyə münasibətdə mənfi rəylərin payı onun əsas siyasi rəqibləri ilə müqayisədə daha yüksəkdir.
Qeyd edək ki, Argentinada növbəti prezident seçkilərinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulur.
14:26 13.11.2026
Oxunuş sayı: 43