“Mercedes-Benz” Almaniyadakı zavodlarını bağlaya bilər
Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” ölkədəki istehsal müəssisələrinə yeni investisiyaları dayandırmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkətin rəhbərliyi Almaniyadakı zavodların bağlanması ehtimalını da nəzərdən keçirir. Qərarın səbəbləri arasında yüksək istehsal xərcləri, satışların azalması və həmkarlar ittifaqları ilə danışıqların nəticəsiz qalması göstərilir.
“Bild” yazır ki, şirkət rəhbərliyi əməkhaqqı xərclərinin azaldılması məsələsində istehsalat şurası və Avropanın ən böyük sahə həmkarlar ittifaqı olan IG Metall ilə razılığa gələ bilmir.
13:56 13.11.2026
Oxunuş sayı: 23