Pakistanda mikroavtobus çaya aşıb: 11 nəfər ölüb
Pakistanın şimalındakı dağlıq ərazidə mikroavtobusun yoldan çıxaraq çaya aşması nəticəsində 11 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı dağlıq bölgədə qeydə alınıb.
İçərisində sərnişinlər olan mikroavtobus hərəkətdə olarkən idarəetmədən çıxaraq çaya düşüb.
Qəza nəticəsində 11 nəfər ölüb, daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin başvermə səbəbi barədə hələlik məlumat verilməyib.
13:35 13.11.2026
Oxunuş sayı: 35