Hadisə

Vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Z.Hüseynov və 27 yaşlı N.Əliyev saxlanılıb.

Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək, 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər .

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Z.Hüseynov və N.Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

10:07 09.01.2025

Oxunuş sayı: 3058

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR