Hadisə

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb - DİN

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 qumbara, 1 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 731 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

06:47 09.01.2025

Oxunuş sayı: 3592

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR