Meta «icma qeydləri» tətbiq edəcək
Meta şirkəti (fəaliyyəti Rusiyada ekstremist hesab olunur və qadağan edilib) faktçekerlərin işini dayandıraraq onları X sosial şəbəkəsindən götürülmüş «icma qeydləri» analoqu ilə əvəz etmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu sistem istifadəçilərə digər insanların paylaşımlarındakı yanlış məlumatları özlərinin qeyd etməsinə imkan verir.
Şirkətin təsisçisi Mark Zukerberq bu qərarı mövcud moderasiya sistemlərinin «çoxlu səhvlərə və həddindən artıq senzuraya» yol verməsi ilə izah edib.
Gültac Mehdizadə
19:55 07.01.2025
Oxunuş sayı: 3011