Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 6 ov tüfəngini könüllü polisə təhvil veriblər.
14:26 07.01.2025
Oxunuş sayı: 4124