Texnologiya

Apple şəxsi fotolara baxa və çəkiliş yerlərinin geolokasiyasını oxuya bilər

Enhanced Visual Search funksiyası iOS 18.1 yeniləməsini quraşdıran bütün istifadəçilərdə avtomatik aktivləşir. Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Məlumatlar Apple serverlərinə göndərilir və fotoları “daha dəqiq axtarmaq” üçün emal olunaraq geri qaytarılır.

Funksiya haqqında təsvir “fotolarınızdakı yerləri məxfi şəkildə uyğunlaşdıracaq” deyir, lakin məlumatların Apple-a göndərilməsi məsələsi dəqiq izah olunmur. Proqramçı Ceff Conson bildirir ki, məlumatların istehsalçıya göndərilməsi tam məxfi sayıla bilməz. O, həmçinin proqram təminatındakı mümkün səhvlərin istifadəçiləri təhlükəyə ata biləcəyini vurğulayır.

Apple isə hələlik narahatlıqları şərh etməyib.

Gültac Mehdizadə

15:18 05.01.2025

Oxunuş sayı: 3271

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR