Güneyli fəallardan Azərbaycan dövlətinə həmrəylik mesajı
Güneyli fəallar ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Azərbaycanın Tehrandakı səfirliyinin qarşısında həmrəylik aksiyası keçiriblər. Onlar üzərində dəstək mesajları yazılmış əklil qoyaraq Azərbaycan dövlətinə bağlılıqlarını ifadə ediblər.
Crossmedia.az xəbər verir ki, səfirliyin qarşısına qoyulan gül buketinin üzərində “Biz Azərbaycanın özüyük! Dövlətimizin yanındayıq, Tehran!” sözləri yazılıb.
Bu aksiyanın, güneyli fəallar tərəfindən bir müddət əvvəl Ərdəbildə İran hökumətinin təşkil etdiyi təxribat xarakterli tədbirə cavab olaraq keçirildiyi bildirilir. Simvolik addım, həssas regional vəziyyətdə Güney Azərbaycan sakinlərinin Azərbaycan Respublikasının suverenliyi və dövlətçiliyi ilə həmrəylik və dəstək ifadəsi kimi qiymətləndirilir. (Araz News)
11:13 05.01.2025
Oxunuş sayı: 3388