Paytaxt və bölgələrdə qanunsuz silahlar aşkarlandı
Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, yanvarın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.
07:44 05.01.2025
Oxunuş sayı: 3172