Tunis və Liviya sərhəddə yeni addım atır: keçidlər asanlaşdırılacaq
Tunis və Liviyanın daxili işlər nazirləri iki ölkə arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi və sərhəd-keçid məntəqələrində sərnişinlərin keçidinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Tunisin daxili işlər naziri Xalid ən-Nuri və Liviyanın daxili işlər naziri İmad Mustafa ət-Trabulsi Liviyanın paytaxtı Tripolidə görüşüblər.
Görüş zamanı iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının və koordinasiyasının genişləndirilməsi, həmçinin sərhəddən keçən sərnişinlər üçün prosedurların sadələşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Tunis-Liviya sərhədində, xüsusilə Ras Cedir keçid məntəqəsində sərnişin və ticarət axınlarının asanlaşdırılması ilə bağlı məsələlər son dövrlərdə də gündəmdə olub.
12:47 09.10.2026
Oxunuş sayı: 190