Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə görüşüb, tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə M. Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələlərini müzakirə etdik", - nazir bildirib.
Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
18:23 06.10.2026
Oxunuş sayı: 51