"Arsenal" "Monako"nun futbolçusu Vandersonla maraqlanır
Fransa təmsilçisi "Monako"nun futbolçusu Vanderson karyerasını İngiltərədə davam etdirə bilər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, "Arsenal" 25 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
"Topçular" hazırda braziliyalı oyunçunun mümkün transferini nəzərdən keçirirlər.
Xatırladaq ki, Vanderson cari mövsüm Liqa 1-də 7 oyuna çıxıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
17:06 02.10.2026
Oxunuş sayı: 40