Avropada inflyasiya son illərin rekorduna çatdı
Avropanın aparıcı iqtisadiyyatlarında inflyasiya enerji bazarlarında qiymətlərin növbəti artımından sonra son illərin ən yüksək səviyyəsinə yüksəlib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Agentlik bildirir ki, sentyabr ayında Almaniya, Fransa, İtaliya və İspaniyada inflyasiya göstəriciləri analitiklərin proqnozlarını üstələyib. İspaniyada inflyasiya 5 faiz təşkil edib. Bu, 2023-cü ildən bəri ən yüksək göstəricidir.
İnflyasiyanın əsas amili yanacağın bahalaşması olaraq qalır. Proqnozlara görə, bunun təsiri ilə ilin sonuna qədər Avropada inflyasiya 4 faizə yaxınlaşa bilər.
“Eurostat”ın məlumatına görə, yayın sonuna yaxın Avropa İttifaqında avtomobil yanacağının və şəxsi nəqliyyat vasitələri üçün yağların pərakəndə qiymətləri kəskin artıb. Avqustun yekunlarına əsasən, bu seqmentdə illik inflyasiya 23,8 faizə yüksəlib.
Yanacağın ən çox bahalaşdığı ölkə isə Bolqarıstan olub.
20:06 30.09.2026
Oxunuş sayı: 47