Nvidia rəhbərindən sensasiyalı termin: Məlumat mərkəzləri...
“Nvidia” şirkətinin baş direktoru Jensen Huang süni intellektin inkişafı ilə bağlı məlumat mərkəzlərinin rolunun dəyişdiyini və onların artıq “sistem intellekti fabrikləri” kimi qiymətləndirilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Jensen Huang bu barədə açıqlama verib.
“Əvvəllər onları məlumatların emalı mərkəzləri adlandırırdıq, lakin hazırda inşa etdiyimiz obyektlər sistem intellekti fabrikləridir”, - Huang deyib.
Onun sözlərinə görə, yeni nəsil məlumat mərkəzləri sadəcə məlumatların saxlanması və emalı üçün deyil, süni intellekt sistemlərinin hazırlanması və işlədilməsi üçün böyük hesablama infrastrukturu rolunu oynayır.
Bu ifadə ABŞ Prezidenti Donald Trampın süni intellekt əvəzinə “super intellekt” terminindən istifadəyə üstünlük verməsi ilə bağlı son açıqlamalarından sonra səslənib. Tramp administrasiyası 29 sentyabrda aparıcı texnologiya şirkətləri ilə süni intellekt təhlükəsizliyi üzrə könüllü razılaşma da elan edib.
12:22 30.09.2026
Oxunuş sayı: 38