Britaniya müdafiə zavodlarına hücum təhlükəsi var
Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatları tədarük edən müdafiə şirkətlərinin rəhbərləri Rusiya xüsusi xidmət orqanlarından gələ biləcək təhlükə ilə bağlı xəbərdar ediliblər.
Crossmedia.az xəbər verir ki, "Daily Mail"-in məlumatına görə, xəbərdarlıq yayın əvvəlində yüksək vəzifəli məmurların müdafiə şirkətlərinin rəhbərləri ilə görüşü zamanı səsləndirilib.
Nəşrin məlumatına görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərarı, o cümlədən Almaniyanın müdafiə şirkətlərinin rəhbərlərinə qarşı planlaşdırılan sui-qəsdlərin qarşısının alınması ilə bağlı xəbərlərdən sonra qəbul edilib.
20:57 30.08.2026
Oxunuş sayı: 56