Tramp: Kanada şirkətləri ABŞ-a axın edir
ABŞ Prezidenti Donald Tramp Kanada şirkətlərinin kütləvi şəkildə ABŞ-a gəldiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp Truth Social hesabında Kanada şirkətlərinin ABŞ-də fəaliyyətini genişləndirdiyini qeyd edib.
“Kanada şirkətləri kütləvi şəkildə ABŞ-a gəlir. Biz avtomobilləri və bir çox başqa məhsulları özümüz istehsal etmək istəyirik. Məhz belə də olacaq.
Kanada illərdir bizdən faydalanıb. "Artıq bu belə olmayacaq!” – deyə Tramp yazıb.
20:38 30.08.2026
Oxunuş sayı: 53