BMT baş katibi nüvə sınaqlarına son qoymağa çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş nüvə silahına malik bütün dövlətləri nüvə sınaqlarına dair mövcud moratoriumlara əməl etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, BMT bu barədə məlumat yayıb.
Quterreş nüvə sınaqlarının etimadı sarsıtdığını, cavab sınaqlarına səbəb olduğunu və nüvə silahlanışı yarışını sürətləndirdiyini bildirib.
O, nüvə silahına malik dövlətləri Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi haqqında Müqavilənin (NSHQM) mümkün qədər tez qüvvəyə minməsinə şərait yaratmağa çağırıb.
BMT baş katibi nüvə sınaqlarının dayandırılmasına sadiqliyin yenidən təsdiqlənməsinin vacibliyini vurğulayıb.
15:51 29.08.2026
Oxunuş sayı: 49