Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 266,9 min ton şəkər və qənd istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,7 % çoxdur.
Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 6,5 % artaraq 5 min 558,9 tona çatıb.
Avqustun 1-nə müəssisələrin anbarlarında 8,4 min ton şəkər və qənd, 69,6 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 31,25 % çox və 18,88 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.
17:22 22.08.2026
Oxunuş sayı: 59