Azərbaycan gübrə idxalına çəkdiyi xərci 4 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 54,96 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,44 % çoxdur.
Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 88,886 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,78 % azdır.
Gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,56 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,46 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.
14:24 22.08.2026
Oxunuş sayı: 51