Azərbaycanda meyvə şirəsi istehsalı təxminən 5 % azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 milyon 391,9 min dekalitr meyvə şirəsi istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.
Bundan başqa, hesabat dövründə Azərbaycanda 92 min 245,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il öncəki göstəriciyə nisbətən 2,8 % azdır.
Bu il avqustun 1-nə ölkədə 610,8 min dekalitr meyvə şirəsi ehtiyatı, 22 min 252,9 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 11,6 % və 9,3 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.
09:47 22.08.2026
Oxunuş sayı: 56