Qubada yanğınsöndürənlər SƏFƏRBƏR EDİLDİ
Quba rayonunun Çinarlı kəndində bağ sahəsində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı saat 13:00 radələrində Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə məlumat daxil olub.
Yanğının söndürülməsi üçün Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və 14 nəfər şəxsi heyəti əraziyə cəlb olunub.
Yanğının təfərrüatları barədə əlavə məlumat veriləcək.
15:09 21.08.2026
Oxunuş sayı: 42