CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

02:50 18.10.2026

43 min avroluq geyimlərin gizli sirri: Etiket Fransa, istehsal Hindistan!

19

Dünyanın məşhur lüks moda brendlərinin bahalı geyimlərinin istehsalında Hindistanın mühüm rol oynadığı, lakin bu faktın uzun illər ictimaiyyətdən gizlədildiyi bildirilir. Crossmedia.az xəbər verir ki, lüks moda sənayesində Avropa istehsalı kimi təqdim olunan bir çox geyimin mürəkkəb tikmə və əl işləri əslində Hindistanda həyata keçirilir. Məlumata görə, məşhur moda evləri məhsullarının üzərində “Made in France” (Fransada istehsal olunub) və ya “Made in Italy” (İtaliyada istehsal olunub) etiketlərini yerləşdirsələr də, istehsal prosesinin böyük hissəsində hindistanlı ustaların əməyindən istifadə olunur. Bu təcrübə lüks moda sənayesində şəffaflıq, əmək şəraiti və istehsalın mənşəyi ilə bağlı ciddi suallar doğurur. Nümunə olaraq satış qiyməti 43 min avro olan gödəkçə göstərilir. Bildirilir ki, həmin geyimin mürəkkəb tikmə işlərinə Hindistanda 2 min saatdan çox vaxt sərf edilib. Avropada isə məhsul üzərində 100 saatdan az yekun tamamlama işləri aparılıb. Buna baxmayaraq, gödəkçə “Fransada istehsal olunub” etiketi ilə satışa çıxarılıb. Məlumata əsasən, lüks brendlərin Hindistandakı istehsal proseslərini ictimaiyyətə açıqlamamasının əsas səbəblərindən biri Avropa sənətkarlığı və eksklüzivlik üzərində qurulan imiclərini qorumaq istəyidir. Bununla belə, son illərdə bəzi məşhur moda evləri Hindistandakı tərəfdaşlarını açıq şəkildə tanıtmağa və ölkənin zəngin sənətkarlıq ənənələrinin lüks moda sənayesindəki rolunu vurğulamağa başlayıblar. Mütəxəssislərin fikrincə, bu sahədə əsas problemlərdən biri istehsal prosesində iştirak edən ustaların əməyinin kifayət qədər tanınmaması və məhsulların mənşəyi barədə məlumatların şəffaf təqdim edilməməsidir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR