İran prezidenti: “ABŞ ilə razılaşmağa hazırıq”

“Ölkənin milli maraqları nəzərə alınacağı təqdirdə nüvə proqramı məsələsində Amerika ilə razılaşmağa hazırıq”.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, bunu dünən İran prezidenti Məsud Pezeşkian əyalət valiləri ilə görüşündə deyib.
Pezeşkian bildirib ki, Vaşinqton bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina edərsə, Tehran öz yoluna davam edəcək.
13:28 22.04.2025
Oxunuş sayı: 1040