Trampın komandasında seçki nəticələrinə görə narazılıq
ABŞ Prezidenti Donald Tramp respublikaçıların aralıq seçkilərlə bağlı mövqelərinin zəifləməsinə görə yüksək vəzifəli köməkçilərini tənqid edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Tramp seçki kampaniyasına çəkilən xərcləri, seçki dairələrinin sərhədlərinin yenidən müəyyənləşdirilməsi siyasətini və namizədlərin seçilməsini tənqid edib.
ABŞ Prezidenti özünün dəstəklədiyi siyasi fəaliyyət komitəsinin (super PAC) seçkilərə 200 milyon dollar xərcləməsinə baxmayaraq, bunun sorğuların nəticələrində niyə nəzərəçarpan irəliləyiş yaratmadığını sorğulayıb. O, xüsusilə Texas ştatında seçki dairələrinin yenidən bölüşdürülməsi təşəbbüsünün gözlənilən üstünlükləri təmin etməməsindən narazılığını ifadə edib.
Mənbənin məlumatına əsasən, Ağ Evdəki fikir ayrılıqları əsasən Trampın siyasi müşaviri Ceyms Bleyer və administrasiyanın aparat rəhbəri Syuzan Uaylz ətrafında cəmləşib. Məlumata görə, administrasiya əməkdaşları yaranmış vəziyyətə görə bir-birlərini günahlandırırlar.
21:03 17.10.2026
Oxunuş sayı: 65