“Qalatasaray” səfərdə qalib gəlib
“Qalatasaray” Türkiyə Superliqasının VIII turunda səfərdə “Gənclərbirliyi”ni 1:0 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, “Matç TV” bu barədə məlumat yayıb.
Ankarada keçirilən görüşün taleyini 88-ci dəqiqədə vurulan avtoqol həll edib. Deniz Gülün zərbəsindən sonra meydan sahiblərinin qapıçısı İrfan Eğribayat topu öz qapısına göndərib.
Hücumun başlanğıcında rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun əməyi olub. O, sürüşərək topu rəqibdən alıb və nəticədə qolla yekunlaşan hücumun başlanmasına şərait yaradıb.
Bu qarşılaşma Batrakovun “Qalatasaray”ın heyətində ilk dəfə oyunun əvvəlindən sonuna qədər meydanda olduğu matç kimi yadda qalıb.
Qələbədən sonra “Qalatasaray” xallarının sayını 19-a çatdıraraq Superliqanın turnir cədvəlində liderliyini qoruyub. “Gənclərbirliyi” isə 8 xalla 14-cü pillədə qərarlaşıb.
Növbəti turda, oktyabrın 26-da “Qalatasaray” “Fənərbağça”nı qəbul edəcək. “Gənclərbirliyi” isə bir gün əvvəl səfərdə “Konyaspor”la qarşılaşacaq.
20:41 17.10.2026
Oxunuş sayı: 61