Roma Papası xəstəxanadan evə buraxılıb
Roma Papası XIV Leo ağciyərindəki şişin çıxarılması əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, pontifik saat 15:30-da (Moskva vaxtı ilə 16:30) Romanın “Cemelli” klinikasının əsas girişindən çıxıb. O, əməliyyatdan sonra ilk dəfə klinikanın qarşısında toplaşan inanclıların qarşısına çıxıb.
Bundan əvvəl Müqəddəs Taxt-Tacın mətbuat xidməti XIV Leonun xəstəxanadan buraxılmağa hazır hesab edildiyini açıqlayıb. Həkimlər bu qərarı qan analizlərinin nəticələrini əldə etdikdən və döş qəfəsinin rentgen müayinəsini apardıqdan sonra veriblər.
Qeyd edək ki, daha əvvəl XIV Leoda xərçəng xəstəliyinin aşkarlandığı bildirilmişdi. Oktyabrın 13-də cərrahlar onun sağ ağciyərinin bir hissəsini çıxarıblar.
19:37 17.10.2026
Oxunuş sayı: 64