Bağdadda hərbi qərargahda partlayış baş verib
İraqın paytaxtı Bağdadda Xalq Səfərbərlik Qüvvələrinin (PMF) qərargahlarından birində partlayış baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, PMF hadisənin zədələnmiş sursatların saxlanıldığı anbarda baş verib.
Bəzi yerli mənbələr və sosial şəbəkə hesabları obyektin hava zərbəsinə məruz qaldığını iddia etsə də, bu məlumat hələ təsdiqlənməyib. Hadisəyə görə məsuliyyəti üzərinə götürən tərəf də yoxdur.
Qeyd edək ki, bu il İraq ərazisində PMF-yə məxsus obyektlər dəfələrlə hava zərbələrinin hədəfi olub. Həmin hücumlar ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqələndirilsə də, konkret olaraq son hadisənin hava zərbəsi nəticəsində baş verdiyinə dair təsdiqlənmiş məlumat yoxdur.
20:23 17.10.2026
Oxunuş sayı: 60