Merts öz partiyasında istefa çağırışı ilə üzləşib
Almaniya kansleri Fridrix Merz Bonn şəhərində Xristian Demokrat İttifaqının (CDU) qurultayında öz partiyasının gənclər qanadının nümayəndəsi tərəfindən istefaya çağırılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə Merzi pensiya siyasəti və dövlət borcunun artırılması ilə gənc nəslə xəyanət etməkdə ittiham edib. O, kanslerə ictimai etimadın kəskin şəkildə azaldığını bildirib.
Çıxışı zamanı nümayəndə Merzə müraciətlə deyib ki, əgər o, ölkəsini və partiyasını həqiqətən düşünürsə, xidməti avtomobilinə əyləşərək federal prezidentin yanına getməli və vəzifəsindən azad olunmasını istəməlidir.
Merz isə qurultayda səsləndirilən istefa çağırışına münasibət bildirməyib.
22:12 17.10.2026
Oxunuş sayı: 58