Fransada etiraz aksiyalarında 272 nəfər saxlanılıb
Fransada yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən kütləvi etirazlar zamanı 272 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “BFMTV” telekanalı bu barədə məlumat yayıb.
Oktyabrın 17-də saat 15:00-dan etibarən Fransanın bir sıra böyük şəhərlərində nümayişlər keçirilib. Polis məlumatına görə, Lion və Nant şəhərlərinin küçələrinə təxminən 20 min, Renn şəhərində isə 10 minə yaxın etirazçı çıxıb.
“BFMTV” telekanalının məlumatına əsasən, ölkə üzrə ümumilikdə 272 nəfər saxlanılıb.
Paytaxt Parisdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Bundan əvvəl Lion şəhərində də polis nümayişçiləri dağıtmaq məqsədilə gözyaşardıcı qaz tətbiq edib.
20:17 17.10.2026
Oxunuş sayı: 64